Bu şirkətin rəhbəri həbs oluna bilər

Cənubi Koreya prokurorluğu məhkəməyə "Samsung" konserninin rəhbəri Li Çje Yenin həbs olunması ilə bağlı müraciət edib.

Onun adı korrupsiya qalmaqalında hallanır.

Qeyd olunur ki, 2016-cı ildə "Cheil Industries" şirkətinin rəhbəri olan Li Çje Yen "Samsung"un əsas şirkəti hesab olunan "Samsung C&T" şirkətini satın alıb.

Prokurorluğun fikrincə, satınalma zamanı şirkətin səhmlərinin dəyəri olduğundan daha ucuz qeyd edilib. Bu əməliyyat nəticəsində Li Çje Yen "Samsung"un rəhbərinə çevrilib.

Unikal.org 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31