Rusiyada daha 169 nəfər koronavirusdan ölüb

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqdadır.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 8 831 nəfər virusa yoluxub, 169 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 441 108 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 384 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 204 623 nəfər virusdan sağalıb, 231 101 nəfərin müalicəsi isə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31