Çin iyunun 8-dən bütün xarici uçuşlara icazə verir
4 İyun 2020 15:13 DünyaBuna həm Çindən xarici dövlətlərə, həm də Çinə olan beynəlxalq uçuşlar daxildir.
Qərarda müəyyən istisnalar var. Belə ki, əgər Çinə uçacaq təyyarənin sərnişinləri arasında 5 nəfər koronovirusa yoluxmuş adam qeydə alınarsa onda bir həftəliyə bu reys dayandırılacaq. Əgər sərnişinlər arasında 10 və daha çox xəstə qeydə alınsa, onda bu reys bir aylığa dayandırılacaq. Yox əgər sərnişinlər arasında hər hansı bir xəstə qeydə alınmasa, onda bu reys üzrə həftədə 2 dəfə uçuşlara icazə veriləcək.
konkret.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31