Koronavirus rusların alkoqola marağını yenə artırdı
4 İyun 2020 13:48 DünyaÖzünütəcrid rejimində rusiyalılar böyük həcmdə alkoqol almağa başlayıblar.
Bu nəticə "Nielsen" şirkətinin apardığı tədqiqatdan sonra ortaya çıxıb. Məlumata görə, həcmi 1 litrdən çox olan alkoqollu məhsullar içərisində rusiyalılar araq və viskiyə daha çox maraq göstəriblər. Belə ki, 2020-ci ilin aprelində arağın satışı keçən ilin analoji dövrü ilə müqayisədə 19%, viskinin isə 52% artıb.
Maraqlı məqam odur ki, aprelə qədərki dövr ərzində arağın satışı 26%, viskinin satışı isə 5% azalmışdı.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31