"Ermənistanda xəstələrin müalicəsinə səhiyyə sisteminin gücü çatmır" - Paşinyan
4 İyun 2020 13:10 DünyaErmənistanda son sutka ərzində 697 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan sosial media hesabında danışıb.
Onun sözlərinə görə, 24 saat ərzində 9 nəfər infeksiya səbəbilə ölüb. Baş nazir bildirib ki, artıq xəstələrin müalicəsinə səhiyyə sisteminin gücü çatmır. Paşinyan həmçinin, qeyd edib ki, Ermənistanda ictimai məkanlarda maska taxmaq məcburi olacaq.
Xatırladaq ki, bu günə qədər ölkədə 10 min 524 nəfər virusa yoluxub, 170 nəfər ölüb.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31