İspaniya karantin rejimini UZATDI

İspaniyada karantin rejimi iyunun 21-nə qədər uzadılıb.

İspaniyada yeni növ koronavirus səbəbiylə martın 14-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət iyunun 21-dək uzadılıb.

COVID-19 tədbirləri çərçivəsində Milli Məclisdə olan 46 deputat, qalanları isə onlayn sistemlə evlərindən karantin rejiminin uzadılması ilə bağlı səs veriblər.

Qeyd edək ki, İspaniyada, fövqəladə vəziyyət rejimi başlanandan bəri altıncı dəfədir uzadılır. Baş nazir Pedro Sanchez bunun son olduğunu açıqlayıb.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31