Moskva metrosunda qəza: Qatar tunelin divarına çırpıldı - FOTO

Rusiya paytaxtında metropolitendə qatar tunelin divarına çırpılıb.

MK qəzeti qəza yerindən görüntüləri yayımlayıb.

Məlumata görə, "Planernoye" elektrodeposunda "Moskva" qatarı divarı dəlib. Toqquşma qatar saatda beş kilometr sürətlə hərəkət edərkən baş verib.

Mənbədən qəzetə bildirilib ki, qəzaya maşinistin "KTR" (rezerv əyləcə nəzarət) düyməsini basmağı unutması səbəb olub.

Hadisə nəticəsində zərər çəkən yoxdur.

paralel.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31