ABŞ-da güclü zəlzələ olub
4 İyun 2020 11:12 DünyaABŞ-ın Los-Anceles şəhərində 5,5 bal gücündə zəlzələ olub. Məlumatı ABŞ-ın Geoloji Araşdırma Mərkəzi yayıb.
Zəlzələ Los-Ancelesdən 193 km şimal-qərbdə yerləşən Ridqesrest rayonunda səhərə saatlarında qeydə alınıb. Yeraltı təkanlar Hollivud da daxil olmaqla Kaliforniya ştatının cənub hissəsində hiss edilib.
Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və itki barəsində məlumat yayılmayıb.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31