Polşada prezident seçkisinin vaxtı açıqlandı
3 İyun 2020 14:28 DünyaPolşada növbəti prezident seçkisi iyunun 28-də keçiriləcək.
Bunu iyunun 3-də Polşa parlamentinin Aşağı Palatasının sədri Eljbet Vitek bildirib.
"Prezidenti seçkisi 2020-ci il iyunun 28-i bazar gününə təyin edilib", o deyib.
E.Vitekin sözlərinə görə, ölkənin Dövlət Seçki Komissiyası seçkinin keçirilməsi qərarını dəstəkləyib.
Artıq Polşada seçki kampaniyası başlayıb.
unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31