Diri-diri basdırılan şəxs QƏBİRDƏN ÇIXDI
3 İyun 2020 13:23 DünyaHindistanın Qondal şəhərində diri-diri basdırılan Kapil Marakana qəbirdən çıxa bilib.
Bu barədə "The Times of India" yazır.
Belə ki, Marakanın keçmiş müdiri öz itkilərində onu günahlandırdığı üçün yoldaşları ilə birlikdə eks-işçisini qaçırdaraq döyüb. Daha sonra isə əl-ayağını bağlayaraq torpağa basdırıb.
Polisin bildirdiyinə əsasən, Marakana üzün cəhdlərdən sonra ayaqlarını azad edib, sonra isə torpağın altından tamamilə çıxa bilib.
O, yaxınlıqdakı həbsxanaya qaçaraq baş verənləri polisə danışıb.
Cinayətkarlar saxlanılıb.
big.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31