Corc Buş: “Mən və həyat yoldaşım əzab çəkirik”
3 İyun 2020 12:32 DünyaABŞ-ın keçmiş prezidenti Corc Buş afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsi barədə açıqlama verib.
Bununla bağlı "HaberGlobal" məlumat yayıb.
"Laura (həyat yoldaşı - red.) və mən Corc Floydun amansızlıqla boğulmasına görə əzab çəkirik. Ölkəmizi boğan ədalətsizlik və qorxudan narahatıq. İndi dərs vermək deyil, dinləmək zamanıdır", - deyə C.Buş bildirib.
Keçmiş prezident ölkədəki faciəvi uğursuzluqların mühakimə edilməsinin vaxtının çatdığını vurğulayıb.
paralel.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31