Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı
3 İyun 2020 11:50 DünyaABŞ Prezidenti Donald Tramp etiraz aksiyalarının davam etdiyi Nyu-York şəhərinə qoşunları yeritməyə çağırıb.
Bu barədə D.Tramp öz "Twitter" səhifəsində yazıb.
Prezident vurğulayıb ki, Nyu-Yorkda vəziyyət nəzarətdən çıxıb:
"Şəhərin meri və ştatın qubernatoru etirazları dərhal dayandırmalıdır".
D.Tramp daha sonra ştat rəhbərliyinin federal qoşunları köməyə çağırmasını gözlədiyini yazıb.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31