“Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın "Skyports" şirkəti arasında pilotsuz uçan aparatlar vasitəsilə dərman, fərdi qoruyucu vasitələr və "Covid-19" testlərinin çatdırılmasının sınaqları haqqında saziş imzalanıb.

Eksperiment çərçivəsində dronlar Böyük Britaniyanın Oban adasında yerləşən "Lorn & Islands" xəstəxanası və Mall adasındakı "Mull & Iona Community" xəstəxanası arasında test və qoruyucu vasitələrin daşınmasını həyata keçirəcəklər. Adalar arasında məsafə 17 km təşkil edir, marşrutun əksər hissəsi isə su üzərindən keçir.

Məlumata görə, çatdırılma üçün vertikal qalxma və enmə funksiyalı və təyyarə rejimində horizontal uçuş imkanına malik "Wingcopter" dronlarından istifadə ediləcək. Dronun yükqaldırma qabiliyyəti 6 kiloqrama bərabərdir. İlkin qiymətləndirməyə görə, dronlar sayəsində "Covid-19" testlərinin çatdırılmasını sorğu alındıqdan 15 dəqiqə sonra həyata keçirmək mümkün olacaq. Hazırda yükün avtomobil və bərə ilə daşınması səbəbindən bunun üçün 6 saat tələb olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31