Koronavirusda ŞAD XƏBƏR: sayları 3,6 milyonu keçdi

Dünya miqyasında koronavirusa qalib gələnlərin sayı 3,6 milyonu ötüb.

Publika.az xəbər verir ki, bu günə qədər 3 milyon 67 min 681 nəfər xəstəlikdən sağalıb.

Ən çox xəstənin sağaldığı ölkələrin siyahısı belədir:

ABŞ - 645 min 974

Braziliya - 253 min 570

Rusiya - 186 min 985

Almaniya - 166 min 400

İtaliya - 160 min 92

Türkiyə - 129 min 921

İran - 123 min 77

Hindistan - 100 min 303

Çili 86 min 173

Çin - 78 min 314

Qeyd edək ki, bu günə qədər virusa 6 milyon 452 min 413 nəfər yoluxub, 382 min 481 nəfər dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31