“Moskvanın mövqeyi məlumdur” - Mariya Zaxarova

Donald Trampın G7 görüşlərinin tərkibini genişləndirmək fikri düzgündür, lakin həqiqətən universal format təmin etmir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə deyib.

Zaxarovanın sözlərinə görə, Moskvanın bu məsələdəki mövqeyi məlumdur.
"Dünya siyasətinin və iqtisadiyyatının problemlərini Qərb ölkələrindəki eksklüziv klublar çərçivəsində həll etmək mümkün deyil. Lakin, məsələn, Pekinin iştirakı olmadan qlobal əhəmiyyət kəsb edən ciddi tədbirləri çətin ki həyata keçirmək mümkün olsun", deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31