ABŞ-da naməlum şəxs avtomobili polislərin üzərinə sürüb
2 İyun 2020 17:14 DünyaABŞ-ın Baffalo şəhərində davam edən etiraz aksiyaları zamanı naməlum şəxs avtomobili polislərin üzərinə sürüb.
İnsident nəticəsində iki polis əməkdaşı ağır xəsarət alıb.
Həmin şəxs hadisə yerindən uzaqlaşıb. Hazırda onun axtarışları aparılır. Polis əməkdaşları xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ABŞ-ın Minneapolis ştatında qaradərili Corc Floydun öldürülməsi ilə etiraz aksiyaları davam edir. Ölkə Prezidenti Donald Tramp iğtişaşların qeydə alındığı şəhərlərə zirehli texnika göndərəcəyini bildirib.
day.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31