Koronavirus bitməmiş yeni epidemiya başladı - ÜST
Konqo Demokratik Respublikasının qərbində Ebola hemorragik qızdırması yenidən yayılmağa başlayıb.
2 İyun 2020 14:58 DünyaKonqo Demokratik Respublikasının qərbində Ebola hemorragik qızdırması yenidən yayılmağa başlayıb.
Məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.
Məlumata görə, Konqoda Ebolaya yoluxmuş altı nəfərdən dördü artıq həyatını itirib. ÜST yeni epidemiya ilə mübarizə üçün hadisə yerinə nümayəndələrini göndərib.
Qebreyesus vurğulayıb ki, Ebolanın yenidən yayılması koronavirus infeksiyasının insanların üzləşdiyi tək problem olmadığını xatırladır.
unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31