Ermənistanın sabiq baş prokuroru koronavirusa yoluxdu

Ermənistanın sabiq baş prokuroru Qevork Kostanyan koronavirusa yoluxub.

Hazırda o, Moskvadakı məşhur xəstəxanalardan birində koronavirusdan müalicə alır.

Kostanyan məsələ ilə bağlı dəqiq cavab verməsə də, xəstə olduğunu etiraf edib: "Bəli, sağlam deyiləm. Daha heç nə demək istəmirəm. Sadəcə hər kəsə cansağlığı arzulayıram".

Xatırladaq ki, Kostanyan 1 mart 2008-ci il hadisələrində ittiham olunur. O, hazırda Rusiyada yaşayır. Ermənistana təhvil verilməsi üçün Rusiya ilə danışıqlar aparılsa da, hələlik heç bir nəticə yoxdur.

virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31