Mexikoda COVID-19-a qarşı kampaniya başladı: Metroda susmaq

Mexiko metrosunda sərnişinlərə söhbətləri minimuma endirmək və koronavirusun yayılmasının qarşısının alınması üçün daha çox susmaq tövsiyə edilib.

Bu barədə Mexiko metropoliteninin "Twitter" səhifəsində qeyd olunub.

Bu kampaniya "infeksiyanın qarşısının səssiz alınması" adlandırılıb.

paralel.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31