Yaponiya 4 ölkə ilə sərhədlərini açır
2 İyun 2020 12:46 DünyaKoronavirus səbəbilə 111 ölkə ilə sərhədləri bağlayan Yaponiya məhdudiyyətləri yumşaltmağa hazırlaşır.
4 ölkə ilə iş səyahəti səbəbilə sərhədlərin açılması planlaşdırılır.
Bunlar - Yaponiya, Tayland, Vyetnam və Yeni Zellandiyadır. Lakin ölkəyə gələn şəxslər iki dəfə COVID-19 testindən keçməlidir.
Həmçinin ölkəyə girişinə icazə verilən şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu 4 ölkənin seçilməsində məqsəd Tokio ilə ticarət əlaqələrinin daha yaxın olmasıdır.
Cebhe.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31