Sərhəddə toqquşma: 20 qırğız yaralandı

Qırğız Respublikasının Özbəkistanın Sox anklavı ilə sərhədində bir neçə yüz adamın iştirak etdiyi yerli sakinlərin toqquşması baş verib.

Toqquşma zamanı 20-dən çox qırğız xəsarət alıb.

Qeyd olunur ki, münaqişə su səbəbindən baş verib: sakinlər bulaqla bağlı razılığa gələ bilməyiblər.

"Hadisədən sonra 25 yaralı şəxs Aydarken şəhərindəki ümumi təcrübə mərkəzinə gətirilib" - Qırğız Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.

Unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31