Biz 72 ildir karantin vəziyyətindəyik - Əbu Zəyyad
1 İyun 2020 11:35 DünyaDünya karantin vəziyyətini koronavirusa görə yenicə öyrənib, amma fələstinlilər 72 ildir bu vəziyyətdə yaşayır.
Bunu Beynəlxalq Əfv Təşkilatının Qüdsdəki əməkdaşı Əbu Zəyyad deyib.
O bildirib ki, fələstinlilər İsraillə davam edən münaqişə səbəbindən "siyasi karantin" vəziyyətində yaşayırlar.
"Koronavirus pandemiyasına görə dünya fələstinlilərin yaşadığı böhranın nə demək olduğunu qismən anladı. Biz illərdir rahat şəkildə səyahət edə bilmirik. Xeyli məhdudiyyətlər var. Hər yer nəzarət altındadır", - Əbu Zeyyad qeyd edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31