Dünyada 107 mindən çox insan koronavirusa yoluxdu - ÜST
30 May 2020 07:18 DünyaDünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 107 mindən çox artıb.
Publika.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Mayın 29-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 107 740 nəfər yeni koronavirusa yoluxub, 4 354 nəfər isə dünyasını dəyişib.
Yoluxanların ümumi sayı 5 701 337, ölənlərin isə 357 688 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31