Rusiyada koronavirusa daha 9 minə yaxın adam yoluxdu, 174 nəfər öldü
26 May 2020 14:00 DünyaRusiyada son sutka ərzində daha 8915 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 362 342 nəfərə çatıb.
Son sutka ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3807 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 131 129 nəfərdir.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31