Kəraçi meri təyyarə qəzasında sağ qalanların olmadığını bildirib
22 May 2020 17:23 DünyaKəraçi şəhəri yaxınlığında baş verən təyyarə qəzasında sağ qalan olmayıb.
Bunu Kəraçi şəhərinin meri Vasim Axtar bildirib. Müxtəlif mənbələrin yaydığı məlumatlara görə, təyyarənin göyərtəsində 100-ə yaxın sərnişin və heyət üzvü olub.
Pakistan Beynəlxalq Hava Yollarına məxsus "Airbus 320" tipli təyyarəsi Kəraçi aeroportuna eniş zamanı qəzaya uğrayaraq yaşayış binalarının üzərinə düşüb. Yerdə ölənlərin olub-olmadığı hələlik məlum deyil. Hazırda qəza yerində hərbçilər və xilasedicilər işləyirlər.
"Çox güman ki, sağ qalan yoxdur", - "Reuters" agentliyi merin bu sözlərini sitat gətirib. O, həmçinin qeyd edib ki, bu informasiyanın hələ dəqiqləşdirilməsi tələb olunur.
Yerli "Doon" qəzeti isə qəza nəticəsində sağ qalanların olduğu barədə məlumat yayıb.
azertag.az