Jirinovski yeddinci dəfə prezidentliyə namizəd olacaq
22 May 2020 16:11 DünyaRusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovksi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.
Siyasətçi bunu "Rossiya-24" televiziya kanalına verdiyi müsahibəsində söyləyib.
"Mən 30 ildir ən yüksək dövlət orqanında təmsil olunuram və altı dəfə prezidentliyə namizəd olmuşam. 2024-cü ildə də prezidentliyə namizəd olacağam", - deyə siyasətçi vurğulayıb.
V.Jirinovski qərarını öz seçicilərinə sadiq olması ilə izah edib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31