Gürcüstan XİN-də yeni təyinatlar oldu

Vladimir Konstantinidi Gürcüstanın xarici işlər nazirinin müavini təyin olunub.

Bu barədə Gürcüstan XİN başçısı Davit Zalkaliani bildirib. 

"Baş Nazir Vladimir Konstantinidini bu vəzifəyə təyin etmək qərarına gəldi. Təcrübəli diplomatdır, nazirliyin mətbuat katibi vəzifəsini icra edib. Səfir olub və diasporla əlaqələrdə ciddi təcrübəyə malikdir. Düşünürəm ki, digər sahələrdə olduğu kimi burada da uğurlu olacaq ", - D.Zalkaliani deyib. 

Nazir, həmçinin qeyd edib ki, Gürücstan XİN-in yeni sözçüsü Mariam Narçemaşvili olacaq. 

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31