Ermənsitanda podpolkovnik diri-diri yandı

Ermənistanın Armavir vilayətində ölümlə nəticələnən qəza olub. Yerli KİV-lər qəzanın Yerevan-Armavir trasında baş verdiyini, "Mazda" markalı avtomobilin naməlum şəraitdə alışdığını qeyd ediblər.

Məlumata görə, avtomobildə 3 nəfər olub, iki nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, 1 nəfər diri-diri yanaraq kül olub.

Ölən şəxsin Ermənistan Müdafiə Nazirliyinin podpolkovniki, Vazgen Sarqsyan adına Hərbi Akademiyanın müəllimi Ovik Kosyakyan olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, araşdırmalar başlanılıb.

day.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31