Bolqarıstan Aİ və Şengen ölkələri üçün sərhədlərini açdı
22 May 2020 15:52 DünyaBolqarıstan koronavirus epidemiyası səbəbindən martdan bağladığı sərhədlərini Avropa İttifaqı (Aİ) və Şengen ölkələri vətəndaşları üçün açdığını elan edib. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, mayın 22-dən etibarən həmin ölkə vətəndaşları Bolqarıstan sərhədlərini keçə bilər, lakin qalacaqları ünvanda 14 gün karantin keçməlidirlər.
Bu qaydanın tibb və sosial sfera işçilərinə, diplomatlara, sərnişin daşımalarında iştirak edən sürücülərə şamil edilmədiyi qeyd edilir.
Son məlumata görə, Bolqarıstanda koronavirusa yoluxanların sayı 2 372, ölənlərin sayı isə 125 nəfərdir.
day.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31