Gürcüstana səfər edənlərdən “COVID pasport”u tələb olunacaq

Gürcüstana səfər edəcək turistlər sərhəddə son 72 saat ərzində koronavirusla bağlı keçdiyi testin mənfi nəticəsinin qeyd edildiyi sənədi təqdim etməli olacaqlar.

Gürcüstana səfər edəcək turistlər sərhəddə son 72 saat ərzində koronavirusla bağlı keçdiyi testin mənfi nəticəsinin qeyd edildiyi sənədi təqdim etməli olacaqlar.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan ilk növbədə "yaşıl zona" elan olunan ölkələrdən turistlər qəbul edəcək:

"Ölkəyə gələcək ziyarətçilərdən "COVID pasport"u adlandırılan sənəd tələb olunacaq".

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq.

day.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31