Azərbaycanlı iş adamının yanmış cəsədi tapıldı - Rusiyada
Rusiyada 50 yaşlı azərbaycanlının cəsədi tapılıb.
22 May 2020 14:54 DünyaRusiyada 50 yaşlı azərbaycanlının cəsədi tapılıb.
Onun yanmış cəsədi Moskva yaxınlığındakı Lubertsı şəhərində 20 May küçəsində aşkarlanıb.
Adı açıqlanmayan Azərbaycan vətəndaşı meyvə-tərəvəz ticarəti ilə məşğul olub. Onun balaca tərəvəz dükanı yerli sakinlər arasında böyük populyarlıq qazanmışdı. Lakin pandemiya onun biznesinə böyük zərər vuşmuşdu.
Polis mərhumun Moskvada taksi xidməti ilə məşğul olan qardaşı ilə əlaqə saxlayıb. O, qardaşının heç bir problemi və borcu olmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır. İş adamının cəsədi ölüm səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizasına göndərilib.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31