BMT-nin 500-dən çox əməkdaşı koronavirusa yoluxub

Dünya üzrə 500-dən çox BMT əməkdaşı koronavirusa yoluxub, onlardan 50-si Cenevrə qərargahının işçiləridir.

Dünya üzrə 500-dən çox BMT əməkdaşı koronavirusa yoluxub, onlardan 50-si Cenevrə qərargahının işçiləridir.

Bu barədə BMT-nin Cenevrə qərərgahının Baş katibi Tatyana Valovaya açıqlama verib.

"Dünyada koronavirusa yoluxan 500-dən çox əməkdaşımız var. Cenevrədə 50 yoluxma halı qeydə alınıb. BMT-nin Cenevrədəki qərargahında isə 8 yoluxma faktı aşkarlanıb. Bütün hallar orta ağır qiymətləndirilir. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar itki verib. Vəziyyəti nəzərə alaraq, işçilərimizin qorunması üçün bütün lazımi tədbirləri görmüşük", - deyə Valovaya bildirib.

O qeyd edib ki, Millətlər Sarayı iyun ayından sosial məsafə və gigiyena qaydaları daxil bütün zəruri təhlükəsizlik tədbirlərinin təmin olunması ilə əməkdaşları qəbul etməyə hazır olacaq.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31