Rusiyada tibb işçilərində sınaqdan keçirilən COVID-19 peyvəndi istənilən effekti verdi
22 May 2020 14:54 DünyaRusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin işçilərinin COVID-19-a qarşı sınaqdan keçirdikləri peyvənd uğurlu nəticə verib.
Mərkəzin direktoru, akademik Aleksandr Gintsburq peyvəndin effektli olduğunu, mənfi təsirlərinin aşkarlanmadığını bildirib.
"Hər kəs sağ-salamat və xoşbəxtdir", - deyə alim əlavə edib.
Peyvəndi öz üzərində tətbiq edən həmkarların sayı açıqlanmayıb.
Onların mərkəzin işçiləri - tərtibatçılar, preklinik tədqiqatların təşkilatçıları və texnoloqlar olduğu qeyd edilir.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31