Jirinovski Leninin nəşini satmağı təklif etdi - FOTO
22 May 2020 13:31 DünyaRusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovksi Vladimir Leninin nəşini satmaq təklifini irəli sürüb.
Siyasətçi bu barədə sosial şəbəkə hesabı "Twitter"da yazıb.
Belə ki, V.Jirinovski hesab edir ki, dünya proletariatının liderinin nəşi büdcəyə vəsait qazandıra bilər.
"Fransada biznesmen "Cokonda"nın rəsmini satmaq istəyir. Biz Leninin mumiyasını sata bilərik. Alıcılar tapılacaq - Çin, Vyetnam və ya hansısa bir kommunist. Lenin 96 il əvvəl mumiyalaşdırılıb və yaxşı vəziyyətdədir" deyə bildirib.

Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31