İtaliyada Etna vulkanı püskürüb

İtaliyanın Siciliya adasında yerləşən və Avropanın ən iri vulkanı hesab olunan Etna püskürüb.

Vulkan 4,5 kilometr hündürlüyədək kül sovurub. Püskürmə 3 saat ərzində davam edib.

Qeyd edək ki, Etna vulkanı mütəxəssislərin daimi müşahaidəsi altında olsa da, adətən püskürmələr əhaliyə ciddi təhlükə törətmir.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31