Məşhur geyim koronavirusla mübarizəyə yardım üçün satıldı
22 May 2020 12:16 DünyaQorxu janrında çəkilən məşhur "Ritüel" ("Midsommar") filmində Florens Pyunun geyindiyi paltar koronavirusla mübarizəyə yardım məqsədilə satışa çıxarılıb.
Dani obrazının "May kraliçası" adlı çiçəkli paltarı 65 min dollara satılıb. Libas Los-Ancelesdəki muzeylərdən birində auksiona qoyularaq alıcısını tapıb.
Əldə olunan gəlir "FDNY Foundation" təşkilatının büdcəsinə köçrülüb.
Qeyd edək ki, 5 nəfərin çalışdığı geyim 10 min süni güldən hazırlanıb, 13,5 kq ağırlığındadır.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31