Bu ölkəyə gedən turistlərə koronavirus testi TƏTBİQ OLUNMAYACAQ
Yunanıstan ölkəyə gələn turistlərlə bağlı yeni qərar qəbul edib.
22 May 2020 11:48 DünyaYunanıstan ölkəyə gələn turistlərlə bağlı yeni qərar qəbul edib.
unanıstanın Turizm Naziri Haris Teoharis, 1 iyundan düşərgələr və otellərin açılışı ilə daxili turizmin, 15 iyundan isə müsbət epidemioloji məlumatları olan təxminən 20 ölkədən Afina Hava Yollarına ediləcək uçuşlarla xarici turizmin başlayacağını söyləyib.
Yunanıstana səfər edəcək ölkələrin iyulun 1-dən artacağını bildirən Teoharis, bu tarixdən sonra ölkədəki bütün hava limanlarının açılacağını, Covid-19 epidemiyasının xaricdən gələnlərə tətbiq edilməyəcəyini və heç bir karantin tətbiq olunmayacağını açıqlayıb.
Daxili turizmin hər zamankindən daha əhəmiyyətli olduğunu qeyd edən Teoharis chr("39")chr("39") 30 milyon avroluq hamı üçün turizm chr("39")chr("39") proqramı çərçivəsində tətilə gedəcək və ən azı 4 gecə istirahət edəcək 250 min yerli turistə 120 avro dəstək veriləcəyini "deyib.
Elektron kupon şəklində veriləcək bu yardım otellərdə və turizm agentliklərində istifadə edilə bilər.
Sonxeber.az