Fransanın birinci xanımı karantindən sonra ilk dəfə - Fotolar
21 May 2020 18:04 DünyaFransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makron karantin rejiminin ləğvindən sonra ilk dəfə ictimaiyyət arasında görünüb.
Sen-Sen-Deni departamentində yerləşən Monfermey xəstəxanasını ziyarət edən Brijit Makron xəstəxana personalı ilə görüşüb.
Xəstəxananın həkim heyəti və tibb bacıları ilə səhiyyə məsələlərini müzəkirə edən xanım Makronun maska taxması diqqətdən yayınmayıb. Həmçinin onunla görüşən hər kəsin maska taxdığı və sosial məsafə qaydalarına riayət etdiyi də müşahidə olunub.
Qeyd edək ki, B. Makron Fransada karantinin tətbiq olunmağa başladığı 17 martdan sonra ilk dəfədir ki, ictimai tədbirdə görünür.




qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31