Avstriya üç ölkə ilə sərhədləri açır
21 May 2020 18:05 DünyaAvstriya hökuməti iyunun 15-dən etibarən Almaniya, Lixtenşteyn və İsveçrə ilə sərhədləri açacaq.
Bunu ölkənin kansleri Sebastyan Kurtsa deyib.
O bildirib ki, hazırda digər həmsərhəd ölkələrlə danışıqlar davam edir.
Qeyd edək ki, Avstriya koronavirus pandemiyası ilə əlaqədar sərhədlərdə sanitar nəzarət tətbiq etmişdi.
Vyana iyunun 14-dək bir sıra ölkələrlə aviaəlaqəni dayandırıb. Avstriyaya gələn şəxslər 14 gün müddətində özünütəcrid rejiminə əməl etməlidir.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31