ABŞ-da maskalı şəxs canlı yayımda 3 nəfəri güllələdi

ABŞ-da əyləncə mərkəzinə silahlı hücum edilib.

Arizona ştatının Qlendeyl bölgəsində yerləşən Uestgeyt əyləncə mərkəzinə hücum edən şəxs hadisədən öncə sosial şəbəkə hesabında canlı yayım açaraq "Salam. Mən Armando Cunior Hernandez. Ovçu olacağam" - deyə qeyd edib. O, daha sonra hücum anlarına aid görüntüləri hesabında paylaşıb.

Qlendeyl polisi hadisə nəticəsində 1-i ağır olmaqla 3 nəfərin yaralandığı və müalicə üçün xəstəxanaya yerləşdirildiyini bildirib. Sözügedən şəxsin nəzarət altına alındığı qeyd olunub.

primetime.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31