Putinin mətbuat katibi hələ də xəstəxanadadır

Koronovirusa yoluxmuş Putinin mətbuat katibi Dmitri Peskovun arvadı Tatyana Navka koronovirusdan sağaldığını deyib.

Navkanın sözlərinə hazırda o özünü yaxşı hiss edir:

"Hər şey normaldır. Test mənfidir. Hər şey qaydasındadır".

O, əri Dmitri Peskovun sağalmağa doğru getdiyini, lakin hələ də xəstəxanada olduğunu bildirib.

Peskovun virusa yoluxduğu ilk günlərdə xəstəlik simptomlar göstərməsə də, daha sonra temperaturu qalxmışdı. Ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Avropa.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31