Ermənistanda 270 uşaq KORONAVİRUSA YOLUXDU
21 May 2020 13:53 DünyaErmənistanda 270 uşaq koronavirusa yoluxub.
Bu barədə ölkənin səhiyyə naziri brifinqdə məlumat verib. Nazir bildirib ki, uşaqlardan yalnız ikisində pnevmoniya qeydə alınıb: "Yoluxanların maksimum yaşı 18-dir. Səhhətlərində heç bir ağırlaşma qeydə alınmayıb. Uşaqlar xəstəliyi yüngül formada keçirir".
Nazir həmçinin vurğulayıb ki, ölkə ərazisində 23 hamilə qadında da koronavirus aşkarlanıb.
News24.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31