Qadınlar yazacaq, Ərdoğan oxuyacaq – Elan edildi
21 May 2020 13:05 DünyaTürkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) koronavirus dönəmində qadınlar üçün yazı müsabiqəsi elan edib.
AKP-nin Qadınlar Təşkilatı tərəfindən aparılan müsabiqə ölkənin 81 şəhərini əhatə edir.
Müsabiqədə iştirak edəcək qadınlar "COVID-19: Sadəcə bir virusdur, yoxsa daha böyük anlayışdır?", "Pandemiya dövründə dünya necə görünür?", "İnfeksiya ilə birlikdə həyatımdakı dəyişikliklər" kimi mövzularda öz istedadlarını yoxlayacaqlar.
Yazıların oxunmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi bildirilib. Mükafatları qaliblərə prezidentin özü təqdim edəcək. (teleqraf.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31