Gürcüstan fövqəladə vəziyyəti uzatmaqdan imtina etdi
21 May 2020 13:05 DünyaGürcüstan hakimiyyəti koronavirus pandemiyasına görə tətbiq edilmiş fövqəladə vəziyyətin uzadılmaması barədə qərar qəbul edib.
Bunu Gürcüstan Baş naziri Georgi Qaxariya deyib.
"Əlbəttə, biz bu qlobal pandemiyadan sonra çağırışların daha da pis olduğunu yaxşı anlayırq, amma biz həm də anlayırıq ki, yavaş-yavaş və ehtiyatla ölkəni normal həyat tempinə qaytarmalıyıq. Təəssüf ki, koronavirusdan sonra dünyanın necə olacağını heç kim deyə bilməz", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31