İordaniyada komendant saatı elan edilir

İordaniya əhalisi Ramazan bayramını ev karantinində keçirəcəyi açıqlanıb.

Bu barədə İordaniya krallığının İnformasiya Naziri Əmcad Adaylə məlumat verib.

"Haşimilər Krallıq hökuməti nəzdindəki böhran əleyhinə qərargah, koronavirusa yoluxmuş vətəndaşların sayının artması səbəbindən mayın 22-dən 25-dək komendant saatı tətbiq edir", - deyə "Petra" agentliyi onun sözlərini sitat gətirib.

Dövlət nazirinin sözlərinə görə, ərzaq mağazaları və bazarlar cümə axşamı saat 23.00-dək işləyəcək. Bu iş proqramı mayın 24-də qeyd olunacaq həftə sonu və bayram şənliyinə ərzaq tədarükü etmək üçündür.

"İzdihamlı toplaşmalardan və ünsiyyətdən yayınmaq üçün belə bir addım atmağa məcburuq",- deyə Əmcad Adaylə əlavə edib.

İordaniyalı nazir, karantin rejimini pozanları böyük cərimələrin gözlədiklərini və şəxsi nəqliyyat vasitələrinin 30 gün müddətinə müsadirə olunacağı xəbərdarlığı edib. Bazar ertəsi vəziyyətin yaxşılaşacağı təqdirdə məhdudiyyətləri yumşaltmağa qərar verəcəklərini və yaxın günlərdə dövlət qurumlarının iş qrafiki barədə məlumat verəcəklərini söyləyib.

Eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31