Ukraynalı aparıcı rusdilli həmvətənlərini "birhüceyrəli" adlandırdı
21 May 2020 04:04 DünyaUkraynalı jurnalist və teleaparıcı Ostap Drozdov Ukraynadakı rusdilli vətəndaşların "birhüceyrəli" olduqlarını deyib.
O, şəxsi YuTub kanalının efirində belə bir açıqlama ilə çıxış edib.
Aparıcı qeyd edib ki, Ukraynada heç kim "xarici, təcavüzkar və işğalçı və təhdid edən" rus dilini başa düşməməlidir. Bununla birlikdə, hər kəsin ukraynca bilməli olduğunu vurğulayıb. Drozdov ukraynca danışmayanların Qərbi Ukraynaya deyil, Rusiyanın Qızıl üzük şəhərlərinə getmələrinin lazım olduğunu deyib.
Ostap Drozdov efirdəki mübahisəli açıqlamaları ilə tanınır. Proqramında o, artıq Ukraynanın nəzarətində olmayan ərazilərin sakinlərinin taleyi ilə maraqlanmadığını açıqlayıb və bunu belə izah edib: "Çünki mənim zooparka olan marağım çoxdan itib".
qaynarinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31