ABŞ daha bir F-35 itirdi – Son 5 gündə ikinci dəfə
21 May 2020 04:03 DünyaABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil "F-35A Lightning II" qırıcı təyyarəsi Florida ştatındakı hava bazasında qəzaya uğrayıb.
Bu barədə ABŞ HHQ-nin "Feysbuk"dakı səhifəsində bildirilib.
"ABŞ Hərbi Hava Qüvvələrinin 58-ci qırıcı eskadrilyasına daxil olan "F-35A Lightning II" Florida ştatındakı "Eglin" bazasında qəzaya uğrayıb", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, pilot katapult edə bilib. O, müayinə üçün xəstəxanaya aparılıb. Hazırda stabil vəziyyətdədir. Təyyarə qəzasının baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, mayın 15-də beşinci nəsil Amerika qırıcısı F-22-nin təlim uçuşu zamanı Florida ştatında qəzaya uğradığı məlum olmuşdu.
Ümumilikdə isə indiyədək bu qırıcı təyyarələrin 3-ü qəzaya uğrayıb.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31