Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək

Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş Nazir Giorgi Qaxaria məlumat verib.

Onun sözlərinə görə, seçkilərin gələn ilə keçirilməsi barədə məlumatların heç bir əsası yoxdur. Ölkədə koranavirus pandemiyası tam ləğv edildikdən sonra, oktyabrın 31-də azad, demokratik, şəffaf və sakit tərzdə seçkilər keçiriləcək.

G.Qaxaria qeyd edib ki, hökumət parlament seçkilərinə tam hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31