Çində zavod çökdü - Ölənlər var

Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda ağac emalı zavodunda sexlərin biri çöküb.

Hadisə nəticəsində iki nəfər həlak olub, 27 nəfər isə xəsarət olub.

Çökməyə güclü yağış və külək səbəb olub. Hadisə yerində xilasedicilər işləyir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31