Afrikada Covid-19 daşıyıcıların sayı kəskin artdı

Afrika ölkələrində yeni koronavirusa yoluxanların sayı 90 943 nəfərə, ölənlərin də sayı 2 885 nəfərə çatıb. Həmçinin 35 min nəfərdən artıq sağalan var.

Bu barədə Dünya Səhiyyə Təşkilatının Afrika nümayəndəliyindən bildiriblər.

Ən çox yoluxan Cənubi Afrika Respublikasında (17 200), Misirdə (12.764), Əlcəzairdə (7 377), Mərakeşdə (6 972), Nigeriyada (6401), Qanada (6096), ən çox ölüm hadisəsi isə Misirdə (645), Əlcəzairdə (561), CAR-da (312) qeydə alınıb.

Xatırladaq ki, BMT Baş katibi Antonio Quterreş dünya birliyini Afrika ölkələrinə koronavirus pandemiyasına qarşı tədbirlərdə kömək etməyə çağırıb.

Unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31